“Da/də” bağlayıcısını mənim gəlinim yazmayıb- Afaq Bəşirqızı

“Da/də” bağlayıcısını mənim gəlinim yazmayıb- Afaq Bəşirqızıbackend

alq artisti Afaq Bəşirqızının gəlini Könül Təhməzovanın 7 nömrəli məktəbə direktor təyin olunması birmənalı qarşılanmayıb. Sosial şəbəkədəki çoxluq onun bu posta məhz qayınanasının nüfuzu sayəsində təyin olunduğunu iddia edib. Könül Təhməzovanın şəxsi bloqunda özü haqqında yazdığı məlumatlarda qrammatik səhvlərə yol verməsi isə ona qarşı tənqidləri daha da şiddətləndirib.

Busaat.az xəbər verir ki, Afaq Bəşirqızı açıqlamasında gəlinin təyinatını mətbuatdan öyrəndiyini bildirib:

“Da/də” bağlayıcısını mənim gəlinim yazmayıb, sayta yerləşdirən qız onu elə yazıb. Mənim gəlinim ali təhsilli müəllimədir. Özü də Təhsil İdarəsində şöbə müdiri işləyib. Həddən ziyadə savadlı xanımdır və təhsillə bağlı son beş ildəki fəaliyyəti də Təhsil Nazirliyi tərəfindən bilinir. Onun keçirdiyi konfranslar, gördüyü işlər məlumdur. Mən gözümün işığı da olsa, heç kim üçün ağız açan biri deyiləm. Bu, mənim təbiətimdə yoxdur. Bir də ki, məktəb direktorlarını boş yerdən o vəzifəyə təyin etmirlər. Onların imtahanları var. 7 nömrəli məktəb vaxtında çox tanınmış məktəb olub. Afaq Bəşirqızının gəlini savadsız olsa idi, tanınmış məktəbə onu təyin etməzdilər. Afaq Bəşirqızı onda məsələyə qarışardı ki, gəlini savadsız olardı. Ona irad tutardı ki, sənin savadın yoxdur, niyə vəzifəyə təyin edirlər?! Mən xəbəri mətbuatdan bilmişəm. Bu, qəfildən olan bir şeydir”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90