Daha bir ölkə Moderna peyvəndini təsdiqlədi

Daha bir ölkə Moderna peyvəndini təsdiqlədibackend

İsveçrə də COVİD-19 vaksini kimi ölkədə kütləvi peyvəndləmədə Moderna preparatından istifadəni təsdiqləyib.

Busaat.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Federal İctimai Səhiyyə İdarəsindən bildirilib. Bu, İsveçrədə Pfizer/BioNTech-dən sonra ölkənin əsas dərman tənzimləyicisi olan Swissmedic institutu tərəfindən təsdiqlənən ikinci peyvənddir.

Konfederasiya Modernadan 7,5 doza dərman alıb ki, onların da 18 yaşdan yuxarı şəxslərdə tətbiq edilməsi nəzərdə tutulub. İlk 200 min doza dərman yaxın vaxtlarda kantonlara göndəriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90