Daha bir ölkədə karantin rejimi uzadıldı

Daha bir ölkədə karantin rejimi uzadıldıbackend

Rusiyanın Moskva şəhərinin meri Sergey Sobyanin paytaxtda özünütəcrid rejimini iyunun 14-dək uzadıb.

Busaat.az xəbər verir ki, mer hələ də şəhərdə koronavirusa yoluxma riskinin yüksək olduğunu vurğulayıb.

“Paytaxtda məhdudiyyətlərin yumşaldılması üzrə ikinci mərhələyə keçilməsinə baxmayaraq, əhali əvvəlki kimi maksimum ehtiyyatlı olmalıdır. Maska rejimi, sosial məsafə və uzaqdan iş rejimindən də imtina etmək hələ mümkün deyil. Teatr, muzey, bərbər, restoran və fitnes-klubların açılması isə hələ tezdir. Lakin biz yenə də normal həyata qayıtmaq üzrə növbəti böyük addımı atdıq. Vəziyyət imkan verən kimi digər addımlar da atılacaq”, – mer deyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90