Daha bir tarixçidən “Arsak” açıqlaması

Daha bir tarixçidən “Arsak” açıqlamasıbackend

“Arsak sözü Qarabağ bölgəsindən kənarda toponim olaraq başa düşülmür. Bildiyimiz kimi, Qarabağ Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir. Burada daş dövründən bəri zəngin mədəni irs yaranıb və inkişaf edib. Skit, sak boylarının, Oğuz türklərinin dövlətçilik tarixinin ilk mərhələsi Qarabağ bölgəsində təşəkkül tapıb. Qarabağın dağlıq hissəsi müəyyən dövrlərdə Sakasena (Sak məskəni, sak yurdu) adı ilə tanınıb. Alban Arşaki sülaləsi dövründə burada sülalə adından yer adına keçid baş verib və Arsak adına ilk dəfə bu dövrdə rast gəlinib”.

Busaat.az xəbər verir ki, bu fikirləri AMEA-nın Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən yayımlanan canlı vebinarda deyib. O, qeyd edib ki, hazırda ermənilərin uydurma təbliğat maşını Arsak sözünün urartu mənbələrində Urtexe sözündən yarandığını deyirlər.

“Onlar həmin sözü Artsax adlandırırlar. Lakin Urtexe başqa sözdür və Arsakla əlaqəsi uydurmadır, heç bir elmi əsası yoxdur. Bəs, bu söz hansı formada asrak, arşak, artsax, artşax kimi işlənməlidir? O tarixi dövrdə regionda bir beynəlxaq danışıq, yazı dili var idi. O dövrün linqva frankası aramey dilidir. Yazılı mətnlərdə istər parfiya, istər qərb dillərində latın dili əsas dil idi və yunan dilindən də istifadə olunurdu. Bundan əlavə, parfiya mənbələri var idi. Bu mənbələrdə arsak qolunun hakimiyyətdə olmasından danışılır.

Ermənilər Şərqi Anadoluda Ayrarat dövlətlərinin olmasını bildiriblər. Bu, Urartu sözünün təhrif olunmuş variantıdır. Bildiyimiz kimi, Tövrat mənbələrində sait səslər yazılmırdı, yalnız samit səslər yazılırdı. Urartu sözü də yazıda “rrt” kimi yazılırdı. Yəhudi dini mətnlərində o sözü Ararat kimi oxumağa başladılar və Yerusəlimdən çıxan ilk xristianlar da bu sözü o formada yazmağa başladılar. Ermənilər özləri də etiraf edirlər ki, Urartunun onlara dəxli yoxdur. Arşakiləri Armaniya dövləti hesab edirlər. Lakin bu, Şərqi Anadolu bölgəsidir, Armaniya deyil”.

R. Əlizadə, həmçinin bildirib ki, Arsak boyu türk mənşəli olub:

“18-ci əsrdə Azərbaycanda xaçın məliklikləri qalmışdı. Onlar özlərini arsak soyundan hesab edirlər. II Yekaterinaya xaçın məliklərinin məktublarında alban türkləri, arsaki soyundan olduqlarını yazırdılar. Mənbənin orijinalında alban türk boyu olduqlarını, soylarını arsaki soyu adlandırıblar. Sonradan bunu rus starteji vəzifələrinədək yüksələn ermənilər həmin arxiv sənədlərini rus dilinə tərcümə etməyə başladılar və həmin sənədlər rus dilinə tərcümə olunanda söz erməni rəisləri kimi, alban türkləri isə müsəlman albanlar kimi tərcümə olunmağa başladı. Ona görə albanların kimliyi ört-basdır edildi”.

Tarixçi alim “Necə oldu arsak sözü artsax kimi dövrümüzə gəlib çatdı?” sualına cavab olaraq bildirib ki, bunun səbəbi 18-ci əsrin əvvəlində Osmanlı imperiyasına qarşı özlərini “mixitarist” adlandıran bir qrup ermənidir.

“Onlar öz tarixlərini Anadoluda gerçəkləşdirmək, gələcəkdə dövlətçilik qurmaq üçün planlarını həyata keçirməyə başladılar və Roma papası ilə görüşdülər. Həmin mixitaristər Osmanlıdan gətirdikləri ədəbiyyatları Avropa dillərinə tərcümə edib çap etməyə başladılar. Bir neçə müəllifi, o cümlədən, Aqafangel və digərlərini xristian missionerləri erməni kimi təqdim etdilər və kitablarını “Hay tarixi” adlandırdılar. Həmin vaxt müasir ermənicə arsak sözü və digər totponimlər təhrif olunaraq yazılmağa başlandı”.

Tarixçi əlavə edib ki, biz arsak sözünü işlətməkdən qorxmamalıyıq:

“Hazırda Şəki, Zaqatala, ermənilərin Sisyan adlandırdıqları rayonun adı, Beyləqan (sak düzü) sak  sözü də eyni mənşəlidir. Bu toponimlər Azərbaycanın şimal torpaqlarında böyük trayektoriyanı əhatə edib. Tarix kitablarında arsak sözünün işlənməsi məsələsini bu barədə məlumatı olmayan insanların gündəmə gətirməsi, qabartması məlumatsız olmalarından irəli gəlir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90