Dahi xalqın tarix yazan Ali baş komandanı

image-downloadbackend

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, ali baş komandan İlham Əliyev Azərbaycanın sözünü 2-ci Qarabağ müharibəsində hərb meydanında layiqincə göstərdi və dedi. Uzun tarixlər keçən gözəl diyarın zəfəri qədər kədəri də vardır. Strateji mövqeyinə görə həmişə düşmən basqılarına məruz qalmış, lakin hər zamanda düşmənin cavabını layiqincə vermiş və öz gücünü göstərərək dimdik ayaqda durmuşdu.

Biz ildən-ilə, gündən-günə güclənən, inkişaf edən Azərbaycan görürük. Bu inkişafı Azərbaycan Ali baş komandanı İlham Əliyevə borcludur. Belə ki, Azərbaycanın bir çox bölgələrində, o cümlədən, İsmayıllıda, Ağsuda infrastruktur layihələr icra edilir. Bele ki,  Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı – həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib.

Keçmişə önəm verən, onun izlərini daim qoruyub saxlayan İlham Əliyev  1402-ci ildə qayadan oyulmuş mağarada əhəng daşından tikilən “Diri baba”  türbəsini bərpa etdirməklə bağlı qərar qəbul edib. Həmçinin tarixi yerlərdən biri olan Basqal ərazisində insanların yaşayışı üçün əlverişli şərait yaradılıb.

Bunlarla yanaşı Azərbaycan əbədi və əzəli torpaqları olan,44 günlük müharibə nəticəsində igidlərimizin canı, qanı bahasına alınan o müqəddəs torpaqları olan Qarabağda da yenidən qurma işləri görülür. Artıq bir müddət əvvəl olar ki Zəngəzurun Ağalı kəndinə ailələr köçürüldü. Bu güclü Azərbaycanın güclü siyasətinin, iqtisadiyyatının uğurudur.

Get-gedə daha çox uğurlara imza atan Azərbaycan öz sərhədlərini, ərazilərini genişləndirir. Dövlətimizin iqtisadi əsasları da getdikcə möhkəmlənir. ölkələrdə yeni müəssisələr istifadəyə verilir, iş yerləri açılır. Yeni tikilən göydələnlər, nəhəng körpülər, rahat yollar müstəqil Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir.

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir, müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi göstərmək hər birimizin müqəddəs borcudur.

Burada hörmətli ulu öndərimiz Heydər Əliyev cənablarının aşağıdakı sözləri yadıma düşür:

«Bizim hamımızın bir vətəni var. Bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli adət-ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla, müstəqil Azərbaycanla bir vurmalıdır».

 

Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Bəybala Quliyev

 

 

 

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90