“Danışıqların formatını dəyişməyin vaxtı yetişir” – Natiq Cəfərli

“Danışıqların formatını dəyişməyin vaxtı yetişir” – Natiq Cəfərlibackend

“Daxili birlik, effektiv idarəetmə və şəffaf qərarların qəbul olunmasına ehtiyac var”.

Busaat.az xəbər verir ki, bunu Ermənistanın məhz Tovuz rayonunda, Ermənistan – Azərbaycan sərhəddində təxribat törətməsinin səbəblərini dəyərləndirən ReAL Partiyasının icra katibi Natiq Cəfərli qeyd edib.

Natiq Cəfərliyə görə, Ermənistanın əsas məqsədi Moskvanın reaksiyasını yoxlamaq və Kremlin münasibətini test etməkdir:

“Ermənistan “ODKB”-nin üzvüdür, bu qurumun nizamnaməsinə görə üzv ölkələrin biri müharibəyə qatılırsa, digər üzv ölkələr həmən reaksiya verməli, öz üzv ölkəsinə dəstək olmalıdırlar. Rəsmi Moskva ilə rəsmi İrəvanın münasibətləri, yumşaq desəm, rəvan deyil. Paşinyan və komandası bilir ki, Moskva arxalarında durmasa, Azərbaycan Ordusu qısa zamanda bir neçə işğal altındakı rayonu azad edə, bununla da Paşinyanın hakimiyyətinə son qoya bilər. Bu ssenaridə udan yenə Rusiya, uduzan isə hər iki xalq olacaq.

Qısası, danışıqların formatını, konfiqurasiyasını dəyişməyin, anti-terror əməliyyatlarının vaxtı yetişir. Bunun üçün ən vacib şərt yeni bir daxili formatın – bütün siyasi təşkilatların iştirakı ilə “Milli Etimat Masasının” qurulması vacibdir. Daxili birlik, effektiv idarəetmə, şəffaf qərarlar olmasa heç bir addımın uğuru mümkün deyil”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90