Daşkənddə Türk şöləni: Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi də tədbirdə iştirak etdi -FOTOLAR

image-2backend

Aprelin 23-də Daşkənddə, Əlişir Nəvai adına kinoteatrda Türkiyənin Milli Suverenlik Günü və Uşaq Bayramına həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib. Tədbir Türkiyənin Özbəkistandakı Səfirliyinin nəzdindəki məktəb tərəfindən təşkil olunub və ölkədə fəaliyyət göstərən müxtəlif milli mədəniyyət mərkəzlərinin nümayəndələrini bir araya toplaşıb.

Tədbiri Türkiyənin Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ufuk Ulutaş açdı. Bayram çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və ölkənin təhsil nazirinin təbrik məktubları oxunub, bu günün türk xalqı və bütün dünya üçün əhəmiyyəti vurğulanıb.

Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) tədbirdə fəal iştirak edib. Mərkəzin İdarə Heyətinin sədri Mobil Məmmədov, idarə heyətinin üzvləri və mərkəzin fəalları tədbirdə iştirak etdilər. RAMMM nəzdində fəaliyyət göstərən “BUTA” gənclər rəqs ansamblı Azərbaycan milli rəqsi “Sarı gəlin”i təqdim etdi və tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılandı.
Bayramın sonunda iştirakçılar üçün ənənəvi türk şirniyyatlarından ibarət ziyafət təşkil olundu. Türkiyə səfirliyi tərəfindən tədbir iştirakçılarına xatirə hədiyyələri və təşəkkür sertifikatları təqdim edildi.

Tədbir barədə Vətəninfo.az-a Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov öz fikirlərini bildirib.

“ Bu cür tədbirlərdə iştirak mədəniyyətlərarası dialoq və xalqlar arasında dostluğun  möhkəmlənməsinə xidmət edir. Azərbaycan, Türkiyə və Özbəkistan arasında mədəni əlaqələrin inkişafına töhfə verməkdən qürur duyuruq.”

image-1 image-2 image-3 image-4 image-5


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki