“Davam”ın təşkilatçılığı ilə “Könüllü həftəsi” baş tutub

image-img-20211214-wa0009backend

“Davam” Gənclər Hərəkatı tərəfindən 6-13 dekabr tarixlərini əhatə edən “Könüllü həftəsi” həyata keçirilib.

“Könüllü həftəsi” könüllülərin qiymətləndirilməsi ilə start götürüb. Belə ki, hərəkatın ictimai həyatında aktiv iştirak edən davamçı könüllülərin iştirakı ilə görüş baş tutub. Görüşdə fəal davamçılara sertifikatlar təqdim olunub, hərəkatla bağlı səmimi fikirləri dinlənilib, təklifləri katiblik tərəfindən qeydə alınıb.

Könüllülərə həsr olunmuş həftə əyləncəli proqramlarla davam edib. Belə ki, 8 dekabr tarixində “Art Center Sherifzade” mərkəzində tanınmış müğənni Nigar Muharremin gənclər üçün solo konserti keçirilib. Tədbir zamanı Nigar Muharrem və davamçı gənclər canlı ifalar edib, əyləncəli zaman keçiriblər.

9 dekabr tarixində isə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev ilə davamçı gənclər arasında baş tutan görüşlə “Könüllü həftəsi” başa çatıb. Görüş zamanı Yusif Vəliyev könüllülük fəaliyyəti ilə bağlı gənclərə ətraflı məlumat verib, onların çoxsaylı suallarını cavablandırıb. Görüş maraqlı müzakirələrlə davam edib.

image-img-20211214-wa0004 image-img-20211214-wa0005 image-img-20211214-wa0006 image-img-20211214-wa0007 image-img-20211214-wa0008 image-img-20211214-wa0009 image-img-20211214-wa0010 image-img-20211214-wa0011 image-img-20211214-wa0012 image-img-20211214-wa0013 image-img-20211214-wa0014

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90