“Davam” Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert proqramı təşkil edib

image-img-20211027-wa0014backend

26 oktyabr tarixində “Davam” Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən “Davam” Mədəniyyət Klubunun təşkilatçılığı, Bakı Gənclər Mərkəzinin tərəfdaşlığı ilə musiqi dünyamızın əbədi səsli sənətkarı Müslüm Maqomayevin əziz xatirəsinə həsr olunmuş konsert proqramı baş tutub. Konsertdə “Davam” Gənclər Hərəkatının katibliyi və 100-dən çox davamçı gənc iştirak edib.

Konsertin əvvəlində “Davam” Mədəniyyət Klubunun aktiv üzvü Nadir Səlimovun truba ilə ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardından klubun aktiv üzvləri Kamal Axundov və Sübhan Hüseynlinin ifasında Müslüm Maqomayevin unudulmaz səsi ilə yadda qalan mahnılar səsləndirilib. Proqram müddətində ifalar arasında böyük sənətkarın həyat və yaradıcılığından bəhs edən müxtəlif videoçarxlar nümayiş olunub.

Konsertin sonunda “Davam” Gənclər Hərəkatının baş katibi Nigar Aslanova, Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev gənclərə gözəl təşkilatçılıq üçün minnətdarlıqlarını bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.

image-img-20211027-wa0012 image-img-20211027-wa0013 image-img-20211027-wa0015 image-img-20211027-wa0014 image-img-20211027-wa0017 image-img-20211027-wa0016 image-img-20211027-wa0019 image-img-20211027-wa0018

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90