DƏHŞƏTLİ VİRUS! Yeni EPİDEMİYA yayılır

image-qaragobelekbackend

Yeni növ Covid-19 virusunun ağır zərbə vurduğu Hindistanda , ölkəni indi də “qara göbələk” epidemiyası bürüyüb.

Busaat.az xəbər verir ki, İraq və Misirə də yayılan virusdan artıq İraqda ilk ölüm faktı qeydə alınıb. Qara göbələk xəstəliyinə tutulanların 85 faizinin şəkərli diabet olduğu müəyyən edilib.
“Times of India” qəzetinin xəbərinə görə, qara göbələk infeksiyasına yoluxan 10 nəfərdən 9-u diabetikdir. Mütəxəssislər, göbələklərin zəif immunitet sistemi olanlara hücum etdiyini ifadə edərək, xəstəliyin Covid-19 ilə əlaqəli olduğunu xəbərdar ediblər. Onlar bu xəstəliyin Covid-19 xəstələrinə tətbiq olunan steroid yardımlı müalicələrin yan təsiri ola biləcəyini düşünürlər.

Hindistanda, təxminən 10 min nəfər qara göbələk yoluxub, 200-dən çox adam bu virusdan ölüb. Normalda çox nadir görülən mukormikoz, (Qara göbələk) ümumiyyətlə beyin və ağ ciyərləri təsir edir. Diabetik xəstələrdə və aşağı immunitet müqaviməti olan insanlarda ölüm nisbətini artırır.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yayımladığı məlumatlara görə, “qara göbələk” və ya mukormikoz əlamətləri bunlardır:

– Üzün bir tərəfində şişkinlik

– Baş ağrısı

– Burun və sinuslarda tıxanma

– Yüksək hərarət

– Burnu qaralmaq

– Sinə ağrısı və nəfəs darlığı

Qeyd edək ki, Hindistanda bu xəstəliyin kəskin müalicəsi kimi gözləri oymaq diaqnozu artıq bir neçə xəstəyə təyin edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90