“Dekabrın 1-dən sonra Xankəndi də…” – Fransanın narahatlığı aydınlaşır

“Dekabrın 1-dən sonra Xankəndi də…” – Fransanın narahatlığı aydınlaşırbackend

“Fransa Senatının “Qarabağın müstəqilliyi”ni tanıması barədə qərarı beynəlxalq hüququn tapdanması, Parisin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə verdiyi səsə hörmətsizliyidir. Senat bununla Azərbaycanın ərazi bütövlüyünü tanımadığını elan etdi”.

Busaat.az  xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu qanunsuz sənəd ötən həftə Prezident Makronun dilə gətirdiyi ”Qarabağ Azərbaycan ərazisidir” fikrinə ziddir:

“Hesab edirəm ki, Makron bu qərəzli sənədi imzalasa, Fransa ilə diplomatik əlaqələri dayandırmaq, ölkədəki Fransa şirkətlərini çıxarmaq lazımdır. Eyni zamanda, Minsk Qrupunun həmsədri kimi Fransanın vasitəçiliyinə son verilməsini tələb etməlidir. Əgər Fransa Minsk Qrupunda qalacaqsa, bu formatda danışıqlardan imtina etmək lazımdır.

Bundan sonra Fransa hansı əsasla hüquqdan və insan haqlarından danışa bilər? Fransanın öz daxilində separatizm var. Makron bu addımı atacaqsa, Azərbaycan parlamentində Korsikanın müstəqilliyinin tanınması barədə sənəd qəbul edilməlidir”.

Məhəmməd Əsədullazadə iddia edir ki, Senatın bu qərarı Prezident Makronun göstərişi ilə qəbul olunub:

“Bu qərar Azərbaycan və Ermənistan arasında imzalanmış sülh müqaviləsinin icrasına və Türkiyənin bölgədəki fəaliyyətinə maneə yaratmağa yönəlib. Parisin hansı qərarı verməsindən asılı olmayaraq, Dağlıq Qarabağın gələcək müqəddəratı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq.

Artıq Dağlıq Qarabağ ətrafındakı siyasi vəziyyət mürəkkəbləşir. Fransa üçtərəfli anlaşmaya qarşı hərəkətə keçib. Rusiya, Azərbaycan və Ermənistan arasında əldə edilmiş anlaşmaya görə, dekabrın 1-də Laçın işğaldan azad edilməlidir. Fransa bəyannamənin bu maddəsinə Ermənistan vasitəsilə mane olmağa çalışır. Amma bu, Rusiyanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Yəni Rusiya Laçını Azərbaycana təhvil verməyə borcludur. Əks halda, bu, Türkiyə və Rusiya arasında anlaşmanın pozulması da demək olacaq”.

Ekspert bildirib ki, Fransa Senatnın bu qərarı münaqişənin yenidən qızışdırılmasına hesablanıb:

“Fransanın bu təxribatının baş tutacağına inanmıram. Əksinəş, bununla Fransanın regiondakı mövqeyi zəifləyəcək. Eyni zamanda, hər vəchlə hüququn aliliyini ön planda tutduğunu elan edən bir ölkənin Senatı bununla beynəlxalq münasibətlər sistemində yeni bir böhrana yol açacaq sənədi qəbul etdi”.

Fransanın atdığı addımların təsadüf olmadığını söyləyən Məhəmməd Əsədullazadə bu məntiqin davamı kimi dekabrın 1-dən sonra Xankəndinin Azərbaycanın suverenliyinə qaytarılması yönündə aktiv siyasi mərhələnin başlayacağına da diqqət çəkib.  /Teleqraf

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90