ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı müharibə və Rusiyaya qarşı sanksiyalarla bağlı bir neçə sualı cavablandırıb.
Busaat.az xəbər verir ki, Rubio bu barədə Kanadada G7 Xarici İşlər Nazirləri Sammiti zamanı jurnalistlərlə söhbətində bildirib.
“Yaxşı, bizim tərəfimizdə o qədər də çox sanksiya qalmayıb. Biz onların ən böyük neft şirkətlərini vurduq, bu, hamının bizdən tələb etdiyi şeydir. Aydındır ki, onları həyata keçirmək lazımdır və yalnız bir müddətdən sonra təsiri görünəcək. Mən bilmirəm, biz daha nə edə bilərik. Bu, bizdən tələb olunur”.
Rubio həmkarları ilə Rusiyaya qarşı sanksiyaları müzakirə edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib: “Bizim sanksiyalar tətbiq etmək variantımız tükənir”.
ABŞ bu ilin oktyabr ayının ikinci yarısında “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq edib”.
Yeganə








