Dənizdə koronavirusa yoluxmaq mümkündür?backend

Bütün dünya normal həyata öyrəşməyə çalışarkən tətilini planlaşdıranların bu sualı narahat edir: Dünyanı silkələyən koronavirus dənizdə insanlara yoluxurmu?

Busaat.az  CNN-ə istinadən xəbər verir ki, EGE Universiteti Tibb Fakültəsi Xəstəxanası Yoluxucu Xəstəliklər Prof. Dr. Hüsnü Pullukçu, hava istiliyinin artması ilə koronavirusa yoluxmaların sayının azalacağını bildirərək, iyun ayında tətil planlarının etməyin mümkün olacağını deyib. Virusun dənizdən keçməyəcəyini deyən Pullukçu, “Dənizdən bir şeyin yoluxması mümkün deyil. Dəniz isotonik su dediyimiz bir sudur. Dənizdə o qədər su var ki, suda hər şey sürətlə dağılır”,- deyə qeyd edib.