Deputat: “Azərbaycanın haqq savaşının dünyaya çatdırılmasında  Türkiyə mediası fəal rol oynayır”backend

Təcavüzkar Ermənistanın çoxsaylı yalvarışlı müraciətindən sonra Moskvada humanitar atəşkəslə bağlı əldə olunan razılaşmaya əməl etməyərək daha dəhşətli hərbi cinayətlər törədən ermənilər dünyaya özlərinin faşizm, terrorçu xislətini nümayiş etdirməklə yanaşı, imzaladıqları sənədi ayaqlar altına ataraq beynəlxalq məsuliyyətsizliklərini növbəti dəfə nümayiş etdirmiş oldular.
Busaat.az xəbər verir ki,bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

Millət vəkili bildirib ki, bununla da təcavüzkar Ermənistan bölgədə real sülhün, sabitliyin bərqərar olmasında yox, əksinə öz terrorçu və faşist mahiyyətini ortaya qoyaraq daha dəhşətli insanlığa sığmayan qanlı terror aktları, hərbi cinayətlər törətməklə regionda hərbi münaqişənin arealını genişləndirməyə cəhd edərək, beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmağa cəhd edir: “Hətta humanitar atəşkəs qaydalarına əməl etməyən terrorçu Ermənistan beynəlxalq məsuliyyətsiz əməllərini davam etdirərək bölgədə çirkin, fitnəkar niyyətlərini reallaşdırmaq üçün ən müxtəlif təxribatlara əl atır. Ona görə də ən qanlı terror aktlarını, vandalizm əməllərini törətməkdən belə çəkimirlər və bunu dünyanın gözü qarşısında nümayişkəranə formada həyata keçirirlər. Terrorçu ermənilərin bu faşist xislətlərinə bütün dünya şahidlik edir. Lakin terrorçular faşist əməlləri ilə özlərini daha çıxılmaz duruma salaraq, özləri özlərinin qurduqları oyunun qurbanına çevirirlər. Çünki terrorçuların son qanlı terror aktlarından sonra hətta onları müdafiə edən ölkələr, güclər belə müdafiə etməkdə çətinlik çəkirlər və mövqelərindən geri çəkilmək zorunda qalırlar”.

Millət vəkili əlavə edib ki, nə qədər gec deyil dünya birliyi və terrorçu Ermənistanın havadarları onları tutduqları terrorçu, faşist və işğalçılıq yolundan döndərsinlər. “Əks təqdirdə Azərbaycan təcavüzkarın istənilən təxribatına və həmləsinə layiqincə cavab verəcək. Onsuz zaman da, terrorçuların azğınlaşaraq həyata keçirdikləri əməllər Azərbaycanın xeyrinə işləyir. Moskva danışıqlarının nəticələri də bunun bariz nümunəsidir. Belə ki, həm danışıqlarda nəzərdə tutulan müddəalar baxımından, həm də atəşkəsə əməl etməyən tərəfin biz yox, terrorçu ölkə olması baxımından bizim maraqlarımıza cavab verir. Əldə olunan razılaşmaya sayğısızlıq etməklə etimadını tamamilə itirərək etibarsız bir tərəfdaş olduğunu ortaya qoydu. Bu da Azərbaycana öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü təmin etmək üçün əməliyyatlarını maneəsiz davam etdirməyə şans vermiş oldu. Onsuz da Ali Baş Komandanın bəyan etdiyi kimi mövcud status-kvo dəyişib və bu mövcud deyil. Heç təmas xətti də yoxdur. Azərbaycan öz gücünə arxalanaraq bunu edib. Həyata keçirilən əməliyyatlar nəticəsində nəinki yaşayış məntəqləri işğaldan azad olunub, həmçinin hərbi cəhətdən strateji yüksəkliklər qəhrəman ordumuz tərəfindən fəth olunub. Belə strateji yüksəkilərin fəth olunması yeni ərazilərin daha asan işğaldan azad olunmasına imkan yaradır. Artıq azğın düşmən qəhrəman ordumuzun qarşısında tab gətirməyərək texnika və silahlarını ataraq qaçıb canlarını qurtarmağa çalışır. Azğın düşmən panika içərisindədir. Nə etdiyini özü bilmir. Azğın düşmən təkcə savaş meydanında deyil, həmçinin diplomatiya və informasiya meydanında da uğursuzluğa düçar olmaqdadır. Dünya birliyi terrorçu ermənilərin yalanlarına inanmır. Ali Baş Komandan savaş, diplomatiya meydanında olduğu kimi informasiya müharibəsində də azğın düşmənin yalanlarını, iftiralarını dünyanın aparıcı media qurumlarına verdiyi səviyyəli açqılamaları ilə darmadağın edir. Odur ki, Azərbaycan haqq yolundadır və kimsə bizi bu yoldan döndərə bilməz. Cənab Prezidentin dediyi kimi biz işğal altında torpaqlarımızı istər sülhü yolu olsun, istərsə də hərb yolu olsun azad edəcəyik və kimsənin buna şübhəsi olmasın. Tezliklə Qarabağda sülh bərqərar olacaq və normal həyat bərpa olunacaq”.

Millət vəkili onu da əlavə edib ki, Azərbaycanın bu haqq davasında ilk andan Türkiyə olub. “Türkiyə münaqişənin sülh yolu ilə həllində fəal rol oynayıb. Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dünya güclü dövlətləri hesablaşmaq məcburiyyətindədir. Çünki Türkiyənin iştirakı olmadan bölgədə dayanıqlı sülhü və sabitliyi təmin etmək mümkün deyil. O baxımdan Türkiyə problemin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesində birbaşa iştirak etməlidir”- deputat qeyd edib.

Millət vəkili eyni zamanda Türkiyə mediasının erməni yalanlarının ifşa olunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını bildirib: “Uzun illərdir ki, Azərbaycan xaricdəki erməni diasporunun apardığı qara piar təbliğatı ilə üz-üzədir. Məqsəd Azərbaycanı ləkələmək və erməni işğalına bəraət qazandırmaqdır. Hətta mənfur düşmən 27 sentyabrdan sonra öz etdikləri qanlı olayları guya Azərbaycanın onlara qarşı törətdiyi ilə bağlı dünya ictimaiyyətini çaşdırmağa çalışıb. Ancaq Türkiyə mediasının böyük dəstəyi ilə terrorçu ermənilərin bu yalanları ifşa olunmaqdadır. Türkiyə mediasının Azərbaycanın haqq işinə verdiyi dəstəyə görə minnətdarıq. Odur ki, dost və qardaş ölklərin dəstəyi nəticəsində Azərbaycan qələbə çalacaq və haqq-ədalət bərqərar olacaq