Deputat ölkəmizdəki Türkiyə “F-16”larının rolundan danışdı

Deputat ölkəmizdəki Türkiyə “F-16”larının rolundan danışdıbackend

Millət vəkili Erkin Qədirli Türkiyə “F-16”ları ilə bağlı fikrini paylaşıb. 

Busaat.az  xəbər verir ki, tarixə üz tutan deputat bu barədə feysbukda yazıb:

“Sinqapurun qurucusu Li Kuan Yu xatirələrində yazıb ki, dövlətinin müstəqilliyini qorumaq üçün Britaniyadan hərbi dəstək istəmişdi. Britaniya imtina edib, çünki başı dərin maliyyə böhranına qarışmış olub. Sonra Li Kuan Yu dəstəyi ABŞ-dan istəyib. ABŞ rəhbərliyi də dəstək verməyə razılaşmayıb. Amma Li Kuan Yu israr edib və sonda dəstəyi ala bilib. Necə? Li Kuan Yu ABŞ rəhbərliyini böyük hərbi gücə ehtiyacın olmayacağına inandıra bilib. O, deyib ki, ABŞ bircə gəmisini göndərərsə və o gəmi Sinqapur limanında lövbər salarsa, yetərli olar. Elə də oldu. Uzun illər ərzində cəmi bir ABŞ gəmisi Sinqapur müstəqilliyinin təminatçısı ola bildi.

Ölkəmizdəki Türkiyə “F-16”larının rolu da odur. Prezident İlham Əliyev xalqa müraciətində  (26 oktyabr) bunu aydın bildirdi. Eşq!”

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev xalqa müraciətində ona “F-16” barədə verilən sullar haqda danışmışdı:  

“Gedin baxın da “F-16” neyniyir, havadadır, ya yerdədir. Yerdədir, özü də təlimlər üçün gəlib, müharibə başlayanda qalıb. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, o “F-16”ları onlar görəcəklər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90