Deputat: “Qələbə paradında müzəffər ordumuzun tarixi zəfəri dünyaya nümayiş etdiriləcək”

Deputat: “Qələbə paradında müzəffər ordumuzun tarixi zəfəri dünyaya nümayiş etdiriləcək”backend

“Azərbaycanın dövlətçilik tarixində Silahlı Qüvvələrimiz ilk dəfə Qələbə Paradı keçirəcək. 44 günlük qalibiyyətli Vətən Müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edən ordumuz, bu tarixi və parlaq zəfərini 10 dekabrda Bakıda Azadlıq Meydanından dünyaya nümayiş etdirəcək. Təcavüzkar Ermənistan üzərində tarixi zəfərdən sonra keçiriləcək Qələbə paradı tariximizə qızıl hərflərlə yazılacaq”.

Busaat.az xəbər verir ki,bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, 44 günlük Vətən müharibəsi müzəffər ordumuzun tarixi qələbəsi ilə başa çatdı. “Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu qısa müddətdə 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz təmin olundu, erməni işğalına son qoyuldu. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında Qarabağın ürəyi, tacı kimi dəyərləndirilən Şuşanın işğaldan azad olunduğu tarix- 8 noyabr Zəfər Günü kimi təsis olundu. Həmin gün Azərbaycanın çoxəsrlik tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara yazıldı və heç zaman unudulmayacaq”- millət vəkili vurğulayıb.

Millət vəkili əlavə edib ki, hazırda qalib Azərbaycanın müzəffər ordusu Qələbə paradına hazırlaşır: “Qələbə paradı digər paradlardan özünəməxsus özəlliyi ilə seçiləcək. Cənab Prezident İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq yerinə düşər: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Bəli, cənab Prezidentin dediyi o sözlər düz iki il sonra həyata keçdi və hamımızın səbrsizliklə gözlədiyi həmin gün reallaşdı. Artıq Azərbaycan bayrağı işğaldan azad olunan Qarabağ torpaqlarında və Şuşada dalğalanmaqdadır. Qələbəmiz Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Qeyd etdiyimiz kimi, Qələbə paradı əvvəlkilərdən özünəməxsusluğu ilə ona görə fərqlənəcək ki, əgər bundan öncəki hərbi paradlarda Azərbaycan Ordusunun hansı imkanlara malik olduğu, işğal altında olan torpaqlarımızı azad etmək gücü, qüdrətinə malik olması nümayiş etdirilirdisə, amma dekabrın 10-da işğal altında olan torpaqları düşmən azad edən, işğalçını diz çökdürüb, məğlubiyyətə uğradan qalib ölkənin müzəffər ordusu Azadlıq meydanında qürurla addımlayacaq. Qələbə paradında 3000 nəfərdən artıq şəxsi heyətin, hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən hərbi qənimət kimi ələ keçirdiyi hərbi texnikanın bir qisminin də nümayişinin nəzərdə tutulması böyük qürurverici hadisədir.

İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Ordusunun gücünün, qüdrətinin şahidi oldu. 30 ildə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini Azərbaycan Ordusu 44 gündə etdi. Eşq olsun Müzəffər Ali Baş Komandana! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Qalib xalqın, dövlətin ordusunun da möhtəşəm QƏLƏBƏ paradı keçirməsi haqqıdır. Allah bundan sonra da Azərbaycan xalqını daimi qələbələr, zəfərlər nəsib etsin!”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90