Deputatların koronavirus testinin cavabları məlum oldu

Deputatların koronavirus testinin cavabları məlum oldubackend

Toqo və Bruneydə koronavirusa yoluxmadan ilk ölüm hadisələri qeydə alınıb.

Busaat.az xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, Toqoda ölən şəxs martın 17-də Belçikadan qayıdıb. Qeyd edilib ki, o, astmadan əziyyət çəkirmiş və koronavirusa yoluxması xəstəliyini gücləndirib.

Məlumata görə, Toqoda martın 29-dək 25 yoluxma faktı qeydə alınıb.

Toqo Afrikanın qərbində yerləşir. Ölkə qərbdən Qana, şərqdən Benin, şimaldan Burkina-Faso ilə həmsərhəddir. Cənubdan Qvineya körfəzinə çıxışı var. Paytaxtı Lome şəhəridir. Əhalisi 7 milyondan çoxdur.

Bruney hakimiyyəti də ölkədə koronavirusdan ilk ölüm faktını təsdiqləyib.

Bildirilib ki, vətəndaş martın 4-də Kambocadan qayıtdıqdan sonra ona martın 12-də virusa yoluxduğuna dair diaqnoz qoyulub. 64 yaşlı həmin şəxs Bruneydə koronavirusa yoluxan 25-ci adam olub. Martın 16-dan intensiv müalicə edilsə də, o, martın 27-də ölüb.

Bruneyin Səhiyyə Nazirliyi ölkə üzrə 115 nəfərin virusa yoluxduğunu təsdiqləyib. Hazırda ölkə üzrə karantində 1 140 nəfər saxlanılır.

Bruney, yaxud rəsmi adı ilə Bruney Sülh Dövləti (malayca Negara Brunei Darussalam) cənub-şərqi Asiyada, Cənubi Çin dənizi sahillərində yerləşir. Ölkənin gəlir qaynaqlarının əsasını təbii qaz və neft təşkil edir. Qətərdən sonra dünyanın ən varlı ikinci ölkəsi sayılır. Dünyanın ən varlı insanları arasında adı çəkilən Bruney Sultanı Hassanal Bolkiahdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90