Dərsliklərdə koronavirus TƏHLÜKƏSİ: “Bu vərdiş yığışdırılmalıdır” – XƏBƏRDARLIQ / VİDEO

Dərsliklərdə koronavirus TƏHLÜKƏSİ: “Bu vərdiş yığışdırılmalıdır” – XƏBƏRDARLIQ / VİDEObackend

“Dərs vəsaitlərindən koronavirus keçə bilər. Çox diqqətli olmaq lazımdır”.

Bir çox valideynlər övladlarını koronavirusdan qorumaq üçün onların məktəbdə istifadə etdikləri dərs ləvazimatlarını, hətta dəftər, kitabların vərəqlərini dezinfeksiya edir. Nəticədə kitablar yararsız vəziyyətə düşür. Valideynlərin təlaşı koronavirusun dərs vəsaitləri vasitəsi ilə keçə bilmə ehtimalını gündəmə gətirib.

Yenicag.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov faktı təsdiqləyib.

Ekspert pandemiya şəraitində ilk növbədə uşağın məktəb davranışlarında dəyişikliyə ehtiyac olduğunu diqqətə çatdırıb:

“Dərs vəsaitləri, eləcə də, qələm, dəftər, çanta və digər ləvazimatlardan koronavirus keçə bilər. Buna görə də diqqətli olmaq lazımdır. Azərbaycan və bəzi ölkələrdə barmağını ağzına vurub, kitabı vərəqləmək kimi mədəniyyətsizlik mövcuddur. Körpə ikən uşağı öyrətmək lazımdır ki, barmağı ağızda yaşlamaq olmaz. Bu vərdiş yığışdırılmalıdır. Eyni zamanda, uşaqlar əllərini ağızlarına, gözlərinə vurmağı, burunlarına soxmağı, pul sayan zaman barmaqlarını ağızlarında islatmağı tərgitməlidirlər.

Bəzi dərs ləvazimatiları o cümlədən, məktəb çantasının qulpu və qələmlərin spirtlə dezinfeksiya edilməsi heç də pis olmazdı. Pandemiya şəraitində ilk növbədə uşağın məktəb davranışında dəyişikliyə ehtiyac var. Bu məsələdə həm müəllim, həm də valideynlər diqqətli olmalıdır. Ola bilər ki, yoluxma zamanı uşaq xəstələnməsin, lakin valideyndən keçən virusu digər şagirdlərə yaya bilər. Nəticədə həmin uşaqlar vasitəsi ilə virus onların valideynlərini yoluxdurar”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90