“Devalvasiyanın olmasında maraqlı olanlar var” – Samir Əliyev

“Devalvasiyanın olmasında maraqlı olanlar var” – Samir Əliyevbackend

“Təəssüf ki, dövriyyəyə devalvasiya söhbətinin atılması təsadüfi deyil”.

Busaat.az xəbər verir ki, bunu ölkədə devalvasiya ehtimalını dəyərləndirən iqtisadçı Samir Əliyev vurğulayıb.

Samir Əliyevə görə, əslində büdcə icrasında problem yarananda devalvasiya silahı ehtiyat variant kimi həmişə əldə saxlanılır. Ancaq Maliyyə Nazirliyinin bu dəfəki rəyində bu sezilmirdi:

“Nazirliyin 2021-ci il büdcəsinə dair izahatı əvvəlkilərdən çox fərqlənirdi və kifayət qədər əhatəli idi. Xüsusilə də fiskal risklər və ortamüddətli dövr üçün fiskal hədəflər barədə təhlillər çox faydalı idi. Bu tip açıqlamaların cəmiyyətdə düzgün olmayan fikir formalaşdırması da Nazirliyi narahat etməməlidir. Ona görə Nazirlik bu təşəbbüsü davam etdirməli, təhlilləri gələcəkdə daha da genişləndirməlidir.

Devalvasiyanın olub-olmayacağını demək çox çətindir. Çünki hökumətin gələn il nə etmək istədiyi hələ tam aydın deyil. Fiskal hədəflər açıqlansa da, monetar hədəflər qalıb. Gələn il neftin özünü necə aparacağı da məlum deyil. Ona görə hökumətin nə düşündüyünü demək indiki zamanda çox çətindir. Devalvasiya ilə bağlı müəyyən qənaətlərim olsa da, tam əminliyim yoxdur”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90