DİN-in rəsmi səhifəsində vətəndaşa yazılan cavabla bağlı – Açıqlama

image-dinbackend

Daxili İşlər Nazirliyi sosial şəbəkədə qurumun rəsmi səhifəsində vətəndaşa aşağılayıcı şərh yazılması ilə bağlı məsələyə münasibət bildirib.

DİN Mətbuat xidmətindən  bildirilib ki, sosial şəbəkələrdə yayılan həmin foto montajdır: “Daxili İşlər Nazirliyinin rəsmi Facebook səhifəsində hər hansı şəxsə belə şərh yazılmayıb”.

Qeyd edək ki, yayılan məlumata görə, DİN səhifəsində paylaşılan polis əməkdaşlarının fotosuna vətəndaşın yazdığı tənqidi şərhə nazirliyin rəsmi səhifəsi adından “”Ə bir öz vidivə bax sora nəsə yaz” deyə cavab yazılıb.

Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90