“Diri  Baba “ türbəsi bərpa və konservasiya olunub

image-bababackend

 

  • 1402-ci ildə Şirvanşah I İbrahimin əmri ilə tikilən, Qobustan şəhərindəki “Diri Baba” türbəsi dövlət mühafizəsinə götürülən dövlət əhəmiyyətli memarlıq abidəsidir. Sufi şeyxlərinin birinin şərəfinə tikilən və orta əsrlərdə şirvan əhalisi tərəfindən müqəddəs hesab edilən türbə Azərbaycan Şirvan memarlıq məktəbinin ən nadir nümunələrindəndir.

“Diri Baba ”türbəsinin ön, sağ və sol divarları açıq havada olsa da, arxa tərəfi qayaların arasında yerləşir. Türbə qayanın içərisində yonulub tikildiyinə görə binanın ancaq cənub istiqamətinə doğru bir fasadı var.Həmin fasadın  qruluşunda şirvan abidələrində olan memarlıq əlamətləri ilə yanaşı fərqli detallarda mövcuddur.Abidənin hündürlüyü 7 metr,mərtəbələrinin sayı isə 2-dir. Birinci mərtəbə səkkizguşəli,günbəzli kiçik dəhlizdən və onun yanındakı çatma tağtavanlı otaqdan,ikinci mərtəbə isə üzəri naxışlarla bəzənmiş dayaqlı günbəzi olan kvadrat formalı böyük salondan ibarətdir.Salona birinci mərtəbənin dəhlizindən ensiz daş pilləkan qalxır.Salon qayanın daxilindəki balaca bir mağara ilə birləşir.

“Diri Baba”türbəsi haqqında yerli camaat arasında müxtəlif rəvayətlər var.

Rəvayətlərin birində deyilir ki,  Atam İbn Əmir yaxın qohumu olan Məhəmməd (s.a.v) peyğəmbərin yolunu tutmuş,peyğəmbərin şəcərəsinə mənsub adamlar tərəfindən  əsası  qoyulan və geniş yayılan sufiliyin Xəlvətiyyə təriqətinin nümayəndələrindən olub.O da Xəlvətiyyə adəti ilə öz qohumu Məhəmməd peyğəmbər (s.a.v) kimi yaşadığı ərazinin yaxınlığındakı mağraya çiləyə çəkilirmiş.Növbəti çilə vaxtı vəfat etdiyinə görə,onu qəlbən Allahla tək qaldığı məkandan ayırmamış,oradaca dəfn etmişlər.Bundan sonra isə bura ziyarətgaha çevrilmişdir.

XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzəyə səyahət edərkən isə  “Diri Baba”haqqında yazırdı.

“Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir “Mərizat” adını daşısa da, əhali arasında “Pir Mərzə”, “Pir Mirza” da adlanır. Amma səhihi “Pir Mərizat”dır, yəni “Diri Baba” adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin “Mərizat” sözü fars danışıq dilində “bükülmüş” mənasını verir. Həqiqətdə isə yüksək bir dağın ətəyində böyük, əzəmətli asitanə içrə bir guşədə səccadənişin olub şərəfli vücudları yun xirqələri ilə kəmər bağlayıb çöməlib oturur. Müqəddəs simaları qibləyə baxır. Mübarək başı sövmənin bir qayasına dayanıb durur. Hələ də vücudu bəyaz pambıqtək çürüməyib tər-təzə qalır…”

“Diri Baba”türbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixi qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Qobustan rayonunda mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi ilə bağlı müvafiq tədbir nəzərdə tutulub. Bu tədbirdə “Diri Baba”türbəsinin bərpası və konservasiyası sahəsində işlərin aparılması ilə bağlı əmr verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də “Diri Baba” türbəsini ziyarət edib,yenidən qurma və bərpa işləri ilə yaxından tanış olublar.

Məlumat verilib ki, abidənin tarixi-mədəni əhəmiyyəti ilə yanaşı,turizm potensialı qiymətləndirilərək,həmçinin antropogen və digər amillərin təsiri ilə deqradasiyaya uğramasının qarşısını almaq məqsədi ilə Dövlət Turizm agentliyi tərəfindən burada bir sıra infrastruktur və bərpa işləri aparılıb.

 

Alızadə Mehriban

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90