“Divara televizor şəkli çəkib, ona baxırlar…” Kamil Zeynallı

“Divara televizor şəkli çəkib, ona baxırlar…” Kamil Zeynallıbackend

Ağır durumda yaşayan şəxsləri tapıb onlara yardımlar paylamaqla sosial şəbəkələrin fovaritinə çevrilən Kamil Zeynallı cənab Prezidentin “#BizBirlikdəGüclüyük” çağırışına qoşulmaqla, dövlətimizə dəstək naminə həyata keçirdiyi yardım aksiyalarına davam edir.

Busaat.az xəbər verir ki, K. Zeynallı özünün “İnstagram” səhifəsində jurnalist Türkan Məmmədli ilə canlı yayım zamanı sabah görəcəyi işlərdən danışarkən çox həssas bir məqama toxunub. O, ziyarət edəcəyi bir ailədə televizor olmadığını, sabah onlara televizor alıb aparacağını açıqlayıb: “Sabah sizə bir ailəni göstərəcəm. Deməli, o ailənin evində televizor yoxdur. Uşaqlar divara televizor şəkli çəkiblər. Onun qarşısında oturub, guya televizora baxırlar… İnşallah onlara televizor aparacağıq”. – deyə o, bildirib.

Qeyd edək ki, bu sözlərdən sonra jurnalist Türkan Məmmədli göz yaşını saxlaya bilməyərək Kamilə təşəkkürünü bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90