Dollardan 20 illik rekord: Ən yüksək məzənnə…

image-1657624632_untitled-1backend

ABŞ dolları çərşənbə axşamı Avropa ticarətində son 20 ilin ən yüksək səviyyəsinə qalxıb.

“APA-Economics” xəbər verir ki, EUR/USD məzənnəsi 0.31% azalaraq 2002-ci ilin dekabrından bəri ilk dəfə 1.0009 səviyyəsinə enib.

Məlumata görə, avronun məzənnəsinin paritetə yaxınlaşması Avropanın enerji ilə bağlı narahatlıqları və tüğyan edən inflyasiyanın qarşısını almaq üçün monetar siyasətini sərtləşdirən ABŞ-nin Federal Ehtiyat Sisteminin daha aqressiv faiz artımı ilə bağlıdır. Belə ki, FED iyun ayında uçot dərəcəsini 75 baza bəndi artırıb ki, bu da 1994-cü ildən bəri ən böyük dərəcə artımıdır. ABŞ-da inflyasiyanın artmasının dolların bahalaşmasına təkan verəcəyi gözlənilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90