Dostuna göndərəcəyi videonu səhvən polisə yolladı – VİDEO

Dostuna göndərəcəyi videonu səhvən polisə yolladı – VİDEObackend

Türkiyənin Düzcə vilayətində bir şəxs dostuna göndərəcəyi videonu səhvən polisə göndərib.

“Haber Global”ın xəbərinə görə, A.Ç. namaz qıldıqdan sonra məscidin qabağında avtomobili ilə “avtoşluq” edib.

Tanışı isə bunu videoya çəkib. Daha sonra o, videonu “WhatsApp” vasitəsilə dostları ilə yanaşı səhvən telefonunda nömrəsi qeyd olunan polis məmuruna da göndərib.

Görüntülərə əsasən avtomobilin nömrəsini müəyyən edən polis əməkdaşları sürücünü 6141 lirə (1727 AZN) cərimə ediblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90