Dövlət Mükafatlarına təqdim edilən işlər məlum oldu – SİYAHI

Dövlət Mükafatlarına təqdim edilən işlər məlum oldu – SİYAHIbackend

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası bu ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısını açıqlayıb.

Busaat.az xəbər verir ki, Komissiyadan daxil olan siyahı aşağıdakı kimidir:

Elm sahəsi üzrə:

1. Əsgər Zeynalov – “Fransız ədəbiyyatına aid silsilə əsərlər”

Azərbaycan Dillər Universiteti təqdim edib.

2. Elmira Ramazanova, Vasif Əliyev, İbrahim Həbibov – “Təbii və səmt qazların energetik halı” (Almaniyada nəşr olunmuş kitab).

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu təqdim edib.

3. Mehman Süleymanov – “Azərbaycan Ordusunun tarixi” (beşcildlik).

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyası təqdim edib.

4. İradə Ələsgərova – “Azərbaycan kitabının bədii və texniki tərtibatı tarixi”.

Odlar Yurdu Universiteti təqdim edib.

5. Fəxrəddin Qədirov, Dadaş Hüseynov, Pərviz Məmmədov, Arif İsmayılzadə, Tələt Kəngərli, Qurban Yetirmişli, Cəbrayıl Azadəliyev, Muxtar Rüstəmov, Rahid Rəhmanov, Solmaz Vəlizadə – “Azərbaycan ərazisinin geologiyası və faydalı qazıntıları” (silsilə əsərlər).

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu təqdim edib.

6. Vasif Babazadə, Şəhla Abdullayeva -“Azərbaycanın mineral-xammal resurslarının kompleks tədqiqinə həsr olunmuş silsilə əsərlər”.

Bakı Dövlət Universiteti təqdim edib.

7. Şahbaz Muradov – “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri”.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu təqdim edib.

8. Qüdrət Kəlbəliyev, Dilqəm Tağıyev, Sakit Rəsulov – “Dispers sistemlər sahəsində fundamental tədqiqatlar və ingilis dilində nəşr olunmuş “Dispers mühitlərdə daşınma fenomenləri” adlı monoqrafiya.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri–üzvi Kimya İnstitutu təqdim edib.

9. Nəsir Əhmədli – “Jurnalistin nitq mədəniyyətinin əsasları” (dərslik).

Azərbaycan Mətbuat Şurası təqdim edib.

10. İdris Abbasov – “Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiqat və şərhi”.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu təqdim edib.

11. Nazım Məmmədov, Məhəmməd Babanlı, İmaməddin Əmiraslanov, Nadir Abdullayev, Ziya Əliyev – “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri”.

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu təqdim edib.

12. Nağdəli Zamanov – “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” – dördcildlik.

Azərbaycan Tibb Universiteti təqdim edib.

13. Hacı Qulamhüseyn Sultanlı – “Azərbaycan arıçılıq ensiklopediyası”.

Kənd Təsərrüfatı Nazirliyinin Baytarliq Elmı-Tədqiqat İnstitutu təqdim edib.

14. Qəzənfər Kazımov – “Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)”.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu təqdim edib.

Texnika sahəsi üzrə:

1. Vaqif Abbasov, Elmar Abdullayev, Cəlal Məmmədov, Vüqar Fərəcov, Teyyub İsmayılov, Rəna Əsədova, Nəcla Nəbiyeva – “İki və üç qida elementli yeni gübrələr və bitkilərin boy stimullaşdırıcıları: araşdırmalar, sınaqlar, tətbiq”.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft – Kimya Prosesləri İnstitutu təqdim edib.

2. Ayaz Abdullayev, Əli Nəcəfov, Ramiz Qasımov, Bəyalı Əhmədov, Anar Haciyev – “Ştanqlı quyu nasoslarının innovativ mexaniki intiqalı”.

Azərbaycan Texniki Universiteti təqdim edib.

Memarlıq sahəsi üzrə:

1. Ömər Eldarov, Elbay Qasımzadə – “Maestro Niyazinin Bakı şəhərində ucaldılan abidəsi”.

Memarlar İttifaqı təqdim edib.

Mədəniyyət sahəsi üzrə:

1. Eldar İskəndərzadə, Vasif Məmmədzadə, Rafiq Quliyev – “Fədakar” ikihissəli bədii-sənədli film.

PSG Production MMC təqdim edib.

2. Vasif Allahverdiyev – “Heydər Əliyev – ömür yolu” (simfonik poema).

Azərbaycan Milli Konservatoriyası təqdim edib.

3. İlqar Fəhmi, Mehriban Ələkbərzadə – “Mənəm, mən…” tamaşası.

“YUĞ” Dövlət Teatrı təqdim edib.

4. Firəngiz Əlizadə – “Nasimi-Passion” vokal-simfonik əsəri və Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində xidmətləri”

Yaradıcı Qadınlar İctimai Birliyi təqdim edib.

Ədəbiyyat sahəsi üzrə:

1. Yunus Oğuz (Əliyev)- “Ovçu”(roman).

Azərbaycanda Atatürk Mərkəzi təqdim edib.

2. İsa Həbibbəyli – “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri”.

Azərbaycan Yazıçılar Birliyi təqdim edib.

3. Teymur Əhmədov – “Nəriman Nərimanov (həyatı, mühiti, yaradıcılığı)”.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Ədəbiyyat İnstitutu təqdim edib.

Dövlət Mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədilə idarə və təşkilatlardan, ictimai və yaradıcı birliklərdən xahiş olunub ki, yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.

Komissiyanın ünvanı: AZ1066 Bakı şəhəri, Lermontov küçəsi, 68.Azərbaycan Respublikasının Nazirlər Kabineti.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90