“Döyüşdə olduğum müddətdə kreditimin üstünə 730 manat gecikmə faizi gəlib” – ŞİKAYƏT  

image-1614066462_0df14964-eb0a-44ea-b6a0-1f9c72cdfdb9backend

Qazimiz deyir ki, “Expressbank” döyüşdə olduğu müddətdə ona üç ay 730 manat gecikmə faizi hesablayıb.

Bakı şəhər Nərimanov rayonunda yaşayan Vətən müharibəsi iştirakçımız Hüseynov Fuad Mirzəağa oğlu  açıqlamasında bildirib ki, müharibə başlayanda o, iki övladını qoyaraq döyüşə yollanıb:

“Özüm aşbaz işləyirəm. İki övladım var və ailəmlə Nərimanovda kirayədə yaşayıram. Ötən il “Expressbank”dan 4800 manat kredit götürmüşdüm və hər ay da vaxtında ödəyirdim. Elə oldu ki, Vətən müharibəsi başladı və sentyabrın 29-da səfərbərliyin çağırışı ilə döyüşə yollandım. Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı istiqamətində gedən döyüşlərdə iştirak etdim.

Mən döyüşdə olduğum üç ay ərzində isə həyat yoldaşım “Expressbank”a müraciət edərək döyüşdə olduğumu və bunu nəzərə almalarını xahiş edib. Lakin dekabrın 26-da mən ordu sıralarından tərxis olunandan sonra gördüm ki, bank bu müraciəti nəzərə almayıb. “Expressbank”da mənə bildirdilər ki, üç ay döyüşdə olduğun müddətdə kreditinin üstünə əlavə olaraq 730 manat gecikmə faizi hesablanıb. Bildirdim ki, axı Ali Baş Komandan sərəncam verdi ki, şəhid ailələrinin krediti bağlanılsın, döyüşçülərin krediti isə döyüşdə olduğu müddətdə dondurulsun. Bankdan mənə bildirdilər ki, bu bizə aid deyil.

Ona görə sizdən xahişim odur ki, mənə köməklik edilməsi üçün şikayətimi ictimailəşdirəsiniz. Mənim tələbim odur ki, üç ay hesablanmış kredit faizim silinsin, çünki mən kefə yox, vətəni müdafiə etməyə, döyüşə getmişdim”.Moderator

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90