DSX: “Ermənistan sərhəddə təxribat törədib, düşmən cavab atəşi ilə susdurulub”

DSX: “Ermənistan sərhəddə təxribat törədib, düşmən cavab atəşi ilə susdurulub”backend

Bu gün Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversi­ya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qulluqçusunun yaralanması barədə məlumatlar yayılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçirilməsi barədə məlumat həqiqətə uyğun deyil və real­lığı əks etdirmir.

“Mart ayının 6-da səhər saatlarından başlamaqla, Qazax rayonunun Cəfərli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələrimiz Ermənistanın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutul­ub.

Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub”, – deyə DSX-dan bildirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90