DSX-nin Akademiyasındakı yanğının səbəbi açıqlandı

image-fhnbackend

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda baş verən yanğın tam olaraq söndürülüb. Akademiyanın şəxsi heyəti tərəfindən görülən ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunan əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda aradan qaldırılıb. Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalıb, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılıblar. Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 m²-lik hissəsinə ziyan dəyib”.

Bu haqda Busaat.az-a DSX-dən bildirilib.

Qeyd edilib ki, yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısa qapanmanın olduğu ehtimal edilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90