Dünya Bankı Pakistana 2 milyard dollar yardım vəd edib

image-pakbackend

Dünya Bankı daşqınlardan zərər çəkən Pakistana 2 milyard dollar yardım edəcəyini açıqlayıb.

Busaat.az xəbər verir ki bu barədə xarici KİV məlumat yayıb.

Mməlumatına görə, Dünya Bankının Cənubi Asiya Regionu üzrə vitse-prezidenti Martin Raiser Pakistanda verdiyi açıqlamada sel fəlakəti nəticəsində baş verən insan itkisinə təəssüfləndiklərini bildirib.

Daşqınlardan ən çox zərər çəkənlərə təcili yardım göstərmək üçün federal və əyalət hökumətləri ilə birlikdə çalışdıqlarını ifadə edən Raiser, Dünya Bankı olaraq Pakistana 2 milyard dollarlıq yardım planlaşdırdıqlarını söyləyib.

Qeyd edək ki, İyunun 14-dən bəri Pakistanda musson yağışlarının yaratdığı daşqınlar nəticəsində 1600-dən çox insan həyatını itirib.

 

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90