Dünya sanki qiyamətə az qalmış kimi silahlanır – Vuçiç

image-vucicbackend

Dünya sanki qiyamət yaxınlaşırmış kimi aktiv şəkildə silahlanır.

Busaat.az xəbər verir ki, bu sözləri Serbiya prezidenti Aleksandar Vuçiç xalqa müraciətində deyib.

“Dünyada hamı silahlanır, toyda sərxoş qonaq kimi ətrafa pul səpələyir. Hamı ciddi şəkildə silahlanır, sanki sabah qiyamət günü gələcək”, – Vuçiç deyib.

O, Belqradın silah satmağa və müdafiə sektorundan gəlir əldə etməyə davam edəcəyinə dair mövqeyini də təkrarlayıb: “Biz maraqlı ölkələrə silah satmışıq və satmağa da davam edəcəyik. Onların döyüş bölgəsində iştirak edib-etməməsinə gəlincə, əlbəttə ki, bu, olub, həmişə də olacaq. Amma biz bu fəaliyyətimizi davam etdirəcəyik”, – prezident bildirib.

Vuçiç daha əvvəl bildirmişdi ki, silah satışı əhalini qidalandırmaq üçün zəruridir: “Biz yaşamalıyıq, insanları yedirtməliyik, iqtisadiyyatımız inkişaf etməlidir”.

Martın 2-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Belqraddan serb sursatlarının Ukraynaya tədarükü haqqında məlumatla bağlı rəsmi mövqeyini açıqlamasını tələb edib. Daha əvvəl o, Moskvanın bu məlumatdan “dərin narahat olduğunu” bildirərək, Rusiyanın vəziyyəti diqqətlə izlədiyini qeyd edib.

Vuçiç cavabında bildirib ki, ölkəsi nə Rusiyaya, nə də Ukraynaya silah vermir. Prezident qeyd edib ki, Serbiya hər bir müqavilədə, o cümlədən Türkiyəyə tədarük çərçivəsində onların Belqradın icazəsi olmadan yenidən satışına qadağa qoyulmasını şərtləndirərək, üçüncü şəxslərə silah-sursat verilməsinə qarşı əlavə ehtiyat tədbirləri görüb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90