Dünyada koronavirus DƏHŞƏTİ – STATİSTİKAbackend

Koronavirusun qeydə alındığı ölkələrin virusa yoluxma hallarının sayı ilə bağlı statistikası COVID-19-un miqyasının, bu isə öz növbəsində infeksiyanın daha çox yayılması təhlükəsinin artdığını göstərir.

Busaat.az xəbər verir ki, hazırda dünyada koronavirusa ümumi yoluxma sayı 11 556 681-ə çatıb. Bununla yanaşı, ən son məlumatlara görə, COVID-19-un qeydə alındığı 218 ölkədə 537 mindən çox insan təhlükəli virusdan ölüb.

Dünya dövlətlərinin rəsmi statistikasına əsasən artıq pandemiya qurbanlarının sayı 536 776 nəfərə yüksəlib. Və ölüm halları hər gün artmaqdadır.

Koronavirusun çox yayılması baxımından ən təhlükəli ölkə Amerika Birləşmiş Ştatlarıdır. Amerika qitəsinin bu nəhəng ölkəsində təhlükəli virusa 2 982 928 yoluxma qeydə alınıb. Dünyada koronavirusun ən çox təhlükə törətdiyi Birləşmiş Ştatlar COVID-19-dan ölənlərin sayı baxımından da dünyada birinci yerdədir. Belə ki, ABŞ-da təhlükəli infeksiyadan ölənlərin sayı 132 569 nəfərə yüksəlib.

Virusun Asiyada yayılmağa başlamasına baxmayaraq, dünyanın pandemiya baxımından ikinci ən təhlükəli ölkəsi də elə Amerika qitəsindədir. Belə ki, Braziliyada 1 604 585 insan koronavirus daşıyıcısı kimi qeydə alınıb. Cənubi Amerikanın bu ölkəsinin həkimləri 64 900 insanı təhlükəli virusdan xilas edə bilməyiblər.

Cənubi Asiyanın ən böyük dövlətlərindən olan Hindistanda da koronavirus “kabus“u gündən-günə artır. Bu ölkədə indiyədək 697 836 koronavirus xəstəsi qeydiyyata alınıb. Lakin bu da son deyil. Hindistan həkimləri 19 700 insanı pandemiya qurbanı kimi qeydə alıblar.

Qonşu Rusiyanın dünyada koronavirus pandemiyasının yayıldığı 4-cü ən təhlükəli ölkə kimi qeydə alınması COVID-19-un sərhəd tanımadığını göstərir. Belə ki, şimal qonşumuz infeksiyaya 681 251 yoluxmanı təsdiqləyib. Federasiyanın 10 161    vətəndaşının ölümü pandemiya qurbanı kimi rəsmiləşdirilib.

Peru siyahıda 5-ci yerdədir. Ölkə 302 718 vətəndaşının koronavirusa yoluxduğunu elan edib, 10 589 insanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd etdiyimiz kimi bu ilin ən təhlükəli virusu adlandırılan COVID-19 yayılma nöqteyi-nəzərdən sərhəd tanımır. Məsələ burasındadır ki, Avropa qitəsi, o cümlədən Qərbi Avropa da dövlətləri də virusun qarşısında aciz qaldıqlarını etiraf edirlər. Buna əyani sübut kimi təkcə İspaniyada COVID-19 xəstələrinin sayının 297 625-ə yüksəldiyini göstərmək olar. Qərbi Avropanın bu ölkəsində 28 385 nəfər virusdan ölüb.

Amerika ölkəsi Çili pandemiya baxımından hazırda səfər üçün arzuolunmaz ölkəyə çevrilib. Bunu onun təhlükəli infeksiyaya yoluxan vətəndaşlarının sayının 295 532 nəfərə yüksəldiyi sübut edir.

Böyük Britaniya koronavirusun ən çox yayılması baxımından siyahıda 8-ci yerdə qərarlaşıb. Birləşmiş Krallıq 285 416 vətəndaşının koronavirus daşıyıcısı olduğunu açıqlayıb. Qərbi Avropanın inkişaf etmiş bu ölkəsində təhlükəli infeksiyadan ölənlərin sayının 44 220 nəfərə yüksəlməsi COVID-19 “kabus“unun getdikcə daha böyük problemlər yaratdığını göstərir.

Meksikada COVID-19 təhlükəsi isə az qala hər saat artır. Şimali Amerika ölkəsində virusa yoluxmuş xəstələrin sayı 256 848 nəfərə yüksəlib. Son sutkada virus daşıyıcıların sayının daha 4 683 nəfər artdığı açıqlanıb. Koronavirusun yayılması nöqteyi-nəzərdən siyahıda 9-cu yerdə qərarlaşan Meksika virusdan ölənlərin sayı 30 639 nəfərə yüksəlib. Son 24 saatda daha 273 nəfər virusdan vəfat edib.

Qeyd etdiyimiz kimi, təhlükəli virus dünyanın dörd bir tərəfini – bütün qitələri dolaşmaqdadır. Qərbi Avropa ölkəsi İtaliyada virusa yoluxanların sayı 241 611-ə çatıb. İtaliya virusun sürətlə yayıldığı son 6 ayda 34 861 insanı pandemiya qurbanı kimi qeydə alınıb.

Qonşu İran dünyanın koronavirusa yoluxma baxımından ən təhlükəli ölkələri siyahısında 240 438 yoluxma ilə 11-ci, Pakistan 228 474 yoluxma ilə 12-ci, Səudiyyə Ərəbistanı 13-cü (209 509 yoluxma) yerdə qərarlaşıb.

Təəssüf ki, gözlə görünməyən bu təhlükə qonşu Türkiyədə də dərin kök sala bilib. Bunu qonşu ölkədə 205 758 nəfərin virusa yoluxduğu, 5 225 insanın ölümü də sübut edir.

Siyahıda 15-ci yerdə qərarlaşan Almaniya virusa yoluxanların sayının 197 558 nəfərə çatdığını elan edib.

Şimali Afrika ölkələrində bu göstərici artıq 196 750-yə yüksəlib.

Sadalananlar onu göstərir ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi, digər beynəlxalq qurumların həyəcan siqnalı çaldığı koronavirus təhlükəsi gündən-günə artır.

Lakin bununla belə, pandemiya ərzində dünyada virusa yoluxmuş 6 535 492 insanın sağalması təhlükənin qarşısıalınmaz olmadığını göstərir. İndi dünya dövlətləri böyük səbirsizliklə virus əleyhinə vaksinin kimin birinci yaradacağını gözləyirlər.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.