Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu ötdübackend

Dünyada bu günə qədər koronavirusa yoluxanların sayı 21 milyonu ötüb.

Busaat.az xəbər verir ki, hazırda dünya üzrə yoluxanların ümumi sayı 21 milyon 72 min 427 nəfər təşkil edir. Dünyasını dəyişənlərin ümumi sayı 757 min 476 nəfərdir. 13 milyon 925 min 2 pasiyent isə COVID-19-a qalib gəlib.

Yoluxma və ölüm hallarının sayına görə birinci yerdə ABŞ (5 415 666 yoluxma, 170 415 ölüm ) qərarlaşıb.

Koronavirus statistikasına görə ABŞ-dan sonra ilk beşlikdə yer alan ölkələr: Braziliya (3 229 621 yoluxma, 105 564 ölüm), Hindistan (2 461 542 yoluxma, 48 153 ölüm), Rusiya (907 758 yoluxma, 15 384 ölüm), Cənubi Afrika (572 865 yoluxma, 11 270 ölüm), Meksika (505 751 yoluxma, 55 293 ölüm).