Dünyada koronavirusa yoluxanların sayı 57 milyonu ötdübackend

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 57 milyonu ötüb.

Busaat.az xəbər verir  ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Belə ki, indiyədək 57 228 106 nəfər koronavirusa yoluxub, 1 365 461 nəfər bu virusdan dünyasını dəyişib, 39 719 542 nəfər sağalıb.

Hazırda dünyada 16 143 103 aktiv koronavirus xəstəsi var ki, onlardan da 101 817-nin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.