Düşmən mövqelərimizi atəşə tutur, sərt tədbirlər görülür – SON DƏQİQƏ!backend

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub.

Bu barədə Busaat.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

“Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür. Hazırda vəziyyət nəzarətdədir. Zabit və əsgərlərimiz düşmənə ağır artilleriya və digər vasitələrlə cavab verir”, – deyə, məlumatda qeyd olunub.

***

Düşmən tərəfi Tovuz istiqamətində mövqelərimizi atəşə tutub.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı təsdiqləyib.

O bildirib ki, düşmən minamyot və tanklardan atəş açır.

Ordumuz cavab zərbələri endirir…