“EADaily”: Qarabağda yaşayacaq ermənilər Azərbaycan pasportu daşıyacaqlarbackend

10 noyabr sülh anlaşmasından sonra köçkünlər tədricən evlərinə dönürlər. Son bir həftədə 5 mindən artıq köçkün Qarabağa qayıdıb. Bəs geri qayıdıb Qarabağda yaşayacaq ermənilər hansı pasportla hərəkət edəcək?

Busaat.az xəbər verir ki, “EADaily” nəşri bu sualla politoloq İlqar Vəlizadəyə müraciət edib. Politoloq cavabında bunları deyib: “Rusiya sülhməramlılarının yerləşdiriləcəyi ərazilərdə azərbaycanlı məcburi köçkünlər ermənilərlə birgə dinc şəraitdə yaşayacaq. Onların hər birinin hüquqları Azərbaycan Konstitusiyası ilə qorunacaqdır. Və burda yaşayacaq ermənilər qanunauyğun şəkildə Azərbaycan pasportu alacaqlar. Çünki de-yure Azərbaycan əraziləri olan Dağlıq Qarabağ həmçinin de-fakto Azərbaycanın nəzarətindədir. Və bu torpaqlarda başqa ölkələrin pasportu ilə yaşamaq tamamilə qəbuledilməzdir”