“Əgər obyekt sahibləri cərimələnsə,..” – Ekspertdən maskasız vətəndaşların cərimələnməsinə münasibət

“Əgər obyekt sahibləri cərimələnsə,..” – Ekspertdən maskasız vətəndaşların cərimələnməsinə münasibətbackend

“Qoruyucu maska taxmadığı üçün vətəndaşı cərimələmək yoluxma hallarının qarşısının alınması üçün mübarizə üsulu deyil”.

Busaat.az xəbər verir ki, bunu tibbi maskadan istifadə etməyənlərə tətbiq olunan cərimə məbləğinin artırılmasına münasibət bildirən təhsil eksperti Kamran Əsədov bildirib.

Kamran Əsədova görə, tibbi maskadan istifadə etməyən vətəndaşlar deyil, vətəndaşın maskasız gəzməyinə icazə verən obyekt sahibləri cərimələnməlidir:

“İnsanlar qoruyucu maska taxmadan marketə, aptekə və digər iaşə obyektlərinə daxil olurlar. Yaxşı olar ki, polis əməkdaşları marketlərdə, apteklərdə mütəmadi reydlər aparsınlar. Əgər içəridə bir nəfər maska taxmayan, sosial məsafə gözləməyən olsa, obyekt sahibləri cərimələnsin. Bu cərimə isə artan istiqamət üzrə aparılsın. Əgər obyekt sahibləri cərimələnsə, bir nəfər maska taxmayanı da içəri buraxmayacaq, sosial məsafəni tənzimləyəcək. Potensial virus daşıyıcılarının “görüşdükləri” yerlər məhz bunlardır. Əgər bu yerlərdə qaydalara əməl olunsa, yoluxma zənciri qırılar”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90