“Əgər “status-kvo” qalırsa,…” – Politoloq rəyi

“Əgər “status-kvo” qalırsa,…” – Politoloq rəyibackend

“Bu isə o anlama gəlir ki, təmas xəttinin o biri tərəfi son status 1məsələsi həll olunmayana qədər Azərbaycanın yurisdiksiyasına girməyəcək”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycanın aktiv kəsiminin tez-tez qondarma “DQR” rejiminin başçısı Arayik Arutyunla Rusiya “sülhməramlılarının” komandirlərinin görüşünə etiraz etməsinə münasibət bildirən politoloq Natiq Miri deyib.

Natiq Miriyə görə, Azərbaycanın aktiv kəsiminin reaksiyası doğrudur:

“Çünki Arayik Arutyun insanlıq əleyhinə hərbi cinayət törətdiyi üçün (Gəncəyə və Bərdəyə ballistik raketlərin atılma əmrini o verib) Azərbaycan Prokurorluğu haqqında cinayət işi başladıb. Putin “Rossiya-24” kanalına verdiyi müsahibədə bildirib ki, Dağlıq Qarabağın son statusu həll olunmayıb. Ona görə də biz razılaşdıq ki, mövcud vəziyyəti, yəni hazırkı “status-kvo”nu olduğu kimi saxlayaq. Putin “razılaşdıq” deyərkən təbii ki, Azərbaycan və Ermənistan rəhbərliyini nəzərdə tutur. Çünki razılaşdıqları tərəf müqabillər və münaqişə tərəflərini təmsil edənlər də onlardır. Mövcud “status-kvo” deyərkən də hazırkı qondarma “DQR” rejimi nəzərdə tutulur. Ona görə ərazidə olan Rusiya hərbi komandanlığı da idarəetmənin yeganə nümayəndəsi kimi Arayik Arutyunyanı tanıyır, məsələləri onunla müzakirə edir”.

Politoloq qeyd edib ki, digər məsələ qondarma rejimin silahlı qüvvələri ilə bağlıdır:

“Əgər “status-kvo” qalırsa, demək ki, rejimin silahlı qüvvələri də qalmaqda davam edəcək. Əslində üçtərəfli bəyanatdakı “təmas xətti” anlayışı da məhz bunun üçün nəzərdə tutulub. Putin məhz bu səbəbdən Ortaq Monitorinq Mərkəzinin Azərbaycan torpaqlarında qurulacağını deyir. Bu da o anlama gəlir ki, təmas xəttinin o biri tərəfi son status məsələsi həll olunmayana qədər Azərbaycanın yurisdiksiyasına girməyəcək. Məhz buna görədir ki, Azərbaycanın hərbi konvoyu Şuşadan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə rus “sülhməramlılarının” müşayiəti ilə gedir”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90