Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Təcridxanada təkadamlıq kamerada saxlanılan Əhməd Əhmədov günün bir neçə saatını qışqırmaqla, söyüş söyməklə keçirir.
Bu isə Əhmədovun saxlanıldığı ikinci korpusdakı digər məhbusların rejiminə mənfi təsir edir.
Bildirilir ki, Əhmədov bəzən gecə saatlarında kamerasında uca səslə söyüşlər söyür, qapını təpikləyir.
Onu sakitləşdirmək cəhdləri isə uğursuz olur.