Əkrəm Həsənov: “Sabiq deputat İlham Əliyevə bəd xəbərim var…”

Əkrəm Həsənov: “Sabiq deputat İlham Əliyevə bəd xəbərim var…”backend

“Sabiq deputat İlham Əliyev azadlığa çıxdı. İlk növbədə onun qızını təbrik edirəm. Çünki baş verənlərdən ən böyük sarsıntını o xanım keçirib. Həmişə toyunu qəmli xatırlayacaq təəssüf ki…”.

 

Busaat.az xəbər verir ki, bunu ekspert Əkrəm Həsənov deyib.

 

Ə.Həsənovun sözlərinə görə, sabiq deputatın müsahibəsindən belə başa düşülür ki, həbsdə olarkən baş verənlər haqda tam məlumatlı olub: “Hətta hansı saytın nə yazması, kimin nə deməsi haqda. Məhkəmə prosesi canlı yayımlanan şəxsin həbsdə də müasir texnologiyalara uyğun məlumatlı olması təəccüblü deyil… Kredit-borc məsələləri ilə məşğul olan şəxs kimi isə sabiq deputata bəd xəbərim var: bundan sonra ona borclu olanlar borcunu ən yaxşı halda çətinliklə ödəyəcək, onun borclu olduğu şəxslər isə onunla dirəşəcəklər. Kredit dünyasının cəngəllik qanunları belədir…”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90