Eks-ərindən 700 milyon aliment almışdı, yenidən evləndi – Foto

Eks-ərindən 700 milyon aliment almışdı, yenidən evləndi – Fotobackend

Məşhur iş adamı Roman Abromoviçin eks-həyat yoldaşı sürpriz bir şəkildə yenidən evlənib.

Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, iş adamı ilə münasibətinə görə bir zamanlar gündəmdən düşməyən Daşa Jukovanın evləndiyi şəxs də mətbuata yad sima deyil. Belə ki, o, Paris Hiltonun gənclik eşqi kimi bilinən Stavros Niarchosdur.

Cütlük İsveçrənin məşhur xizək mərkəzlərindən birində 6,5 milyon dollara başa gələn toyla həyatlarını birləşdirib. Onların toyuna xeyli zadəganlar və məşhur simalar qatılıb. Bundan başqa, dəvətlilər arasında Orlando Bloom, Kate Hudson, Karlie Kloss, İngiltərə Kraliçası II Yelizavetanın nəvəsi Şahzadə Beatris və nişanlısı Edoardo Mapelli Mozzi, Monako şəhzadəsi Karolinin qızı Şarlotta Kasiraghi kimi məşhurlar da yer alıb.

Qeyd edək ki, iki uşaq anası olan Jukovanın məşhur moda markası var. Eyni zamanda, kolleksioner olan Daşa Abromoviçlə olan evliliyindən sonra məşhurlaşıb. Boşandıqları zaman iş adamı ona 700 milyon dollar nəğd pul və yaxta bağışlayıb. Onun ailə həyatı qurduğu Stavros da sənət kolleksionerlərindəndir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90