“Elə bil prokurordur, ittiham edir bizi” – İlham Əliyev

“Elə bil prokurordur, ittiham edir bizi” – İlham Əliyevbackend

“Orada cəmi 5-6 təyyarə aeroportda qalıb. Bunu hər dəfə sual verirlər. Ermənistana da sual verin də. Sual verin o silahları onlara verənlərə”.

Busaat.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində “F-16”larla bağlı xarici jurnalistlərin suallarından danışarkən deyib.

“O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, onların bir ay ərzində nə qədər pulu batıb? Biz onların nə qədər silahını məhv etmişik. Bir dənə də jurnalist bu sualı mənə vermir. Maraqlı deyilmi? Maraqlıdır.

Azərbaycan xalqı görür ki, mən bütün suallara necə lazımdır cavab verirəm. Onların səviyyəsinə də düşmürəm heç vaxt, necə lazımdır cavab verirəm və susurlar. Çünki cavab verə bilmirlər, deyirəm get güzgüyə bax. Sən bura gəlmisən bizi ittiham etməyə. Sual vermir, elə bil prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Mən onlarla mülayim tərzdə danışıram, bundan istifadə edirlər”, -deyə dövlət başçısı bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90