Əli Əsədov Latviyanın müdafiə naziri ilə görüşdü

image-mycollages__97_backend

Baş nazir Əli Əsədov aprelin 27-də Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabrikslə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Busaat.az-a bildiriblər ki, görüşdə Azərbaycan-Latviya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

İki ölkə arasında siyasi, hərbi, ticari-iqtisadi, sərmayə qoyuluşu, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90