Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.
Busaat.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 14 məsələ daxil edilib.
İclasda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) də müzakirə olunaraq, qəbul ediləcəyi gözlənilir.
İclasda Baş nazir Əli Əsədov və digər hökumət üzvləri iştirak edir.