Əlilliyi olan şəxslərlə bağlı MÜHÜM XƏBƏR 

image-1606919814_invalid_210420jpg-1733145416backend

Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi aparılan sosial islahatlarda önəmli yer tutur.

Busaat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumatda deyilib.

Bildirilib ki, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı çərçivəsində, əlilliyi olan şəxslərin rəy və təklifləri də öyrənilməklə 2020-ci ildə və cari ildə qanunvericilikdə müvafiq dəyişikliklər edilib.

Beləliklə, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin sayı son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən 130-a çatdırılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki