Elmira Rəhimova VƏFAT ETDİ

image-1672234650_vefat-abackend

Bakı Slavyan Universitetinin (BSU) Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasınının professoru, ədəbiyyatşünas, filologiya elmləri doktoru Elmira Rəhimova vəfat edib.

Busaat.az xəbər verir ki, bu barədə BSU məlumat yayıb.

Qeyd edək ki, professor Elmira Abdulla qızı Rəhimova Azərbaycan Ağdaş şəhərində anadan olub. O, 1962-ci ildə Ağdaş şəhər orta məktəbini bitirib. 1962-ci ildə E. A.Rəhimova Pedaqoji Dillər İnstitutuna daxil olub və həmin institutu 1967-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1971-1974-cü illərdə aspiranturada təhsil alıb.

Aspiranturanı bitirdikdən sonra, 1976-cı ildə “Azərbaycanda yaşayan rus yazıçılarının 20-30 -cu illərdə ədəbi fəaliyyəti” mövzusunda namizədlik, 1995-ci ildə isə ” Azərbaycan xalq qəhrəmanlıq dastanlarının rus dilinə tərcümələrinin tarixi və təcrübəsi( “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarının materialları əsasında) ” doktorluq dissertasiyasını müdafiə edib. 1980-1982-ci illərdə yüksək ixtisaslı mütəxəssis kimi Kubanın Havana Universitetində çalışıb, orada rus dili və ədəbiyyatını tədris edib.

Elmira Rəhimova BSU-nun Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasında professor vəzifəsində çalışıb.

Respublika Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı olub.

Allah rəhmət eləsin!

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90