Elnur Məmmədov Haaqa məhkəməsində Ermənistanın hərbi cinayətlərindən danışdı

image-elnurbackend

Xəbər verdiyimiz kimi, oktyabrın 18-i Azərbaycanın “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olub.

Busaat.az  “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanı “etnik təmizləmədə” və Azərbaycan ərazisində, hətta atəşkəs razılaşmasından sonra da minalar basdırmağı davam etməkdə günahlandırıb. Bildirib ki, Ermənistan Azərbaycana qarşı “etnik təmizləmə və etnik nifrətin qızışdırılması” kampaniyasını davam etdirir.

Məmmədovun sözlərinə görə, minaların yerləşdirilməsi Ermənistanın Azərbaycana qarşı onilliklərdir apardığı etnik təmizləmə kampaniyasının davam etdirilməsi deməkdir.

Ermənistan tərəfinin məhkəmədəki nümayəndəsi Yeğişe Kirakosyan Azərbaycan tərəfinin iddialarını rədd edib.

Ermənistan nümayəndəsi deyib ki, İrəvan minalı sahələrin iki xəritəsini artıq Azərbaycan tərəfinə verib və bu prosesi gələcəkdə də davam etdirməyə hazırdır.

Elnur Məmmədov bildirib ki, erməni qüvvələrinin müharibə vaxtı və ondan sonra basdırdığı minalar 65-i mülki olmaqla 106 azərbaycanlının həyatına son qoyub. O əlavə edib ki, Ermənistanın azərbaycanlıları bu şəkildə hədəfləməsinə və “terror etməsinə” heç bir hərbi zərurət yoxdur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90