Elon Mask 3,58 milyard dollar dəyərində Tesla səhmlərini satdı

image-dc94db5a-3ee6-41df-9fe9-1af76410ea42elon-muskbackend

Tesla-nın baş direktoru Elon Maskın bu həftə daha 3,58 milyard dollar dəyərində Tesla səhmlərini satdığı bildirilib.

Busaat.az xəbər verir ki, bu barədə məlumat ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verilib.

Məlumata görə, Mask şirkətin 22 milyon səhmini satıb.

Twitter-i 44 milyard dollara aldıqdan sonra ikinci səhm satışını həyata keçirən Mask, daha əvvəl noyabrda Tesla-nın 3,95 milyard dollarlıq səhmlərini satıb.

Bundan əlavə, Musk Tesla-nın aprel ayında təxminən 8,5 milyard, bu ilin avqustunda isə 6,9 milyard dollar dəyərində səhmlərini satıb.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki