“Əmək qabiliyyətini itirənlərə I qrup əlillik verilməlidir” – Qüdrət Həsənquliyev

“Əmək qabiliyyətini itirənlərə I qrup əlillik verilməlidir” – Qüdrət Həsənquliyevbackend

“Hansısa professorun bir barmağını itirməsi ilə, rəssamın 1 barmağını itirməsi eyniləşdirilməməlidir. Həm də bizə məlumat verilməlidir ki, bu dəyişikliklərlə hökumət nə qədər vəsaitə qənaət edəcək? Yəni 200 minə yaxın insanın əlilliyi ləğv ediləcək?!” 

Busaat.az  xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə əlilliyin təyinatı ilə bağlı məsələ haqda danışarkən deyib.

O qeyd edib ki, pianoçu, tarzən bir barmağını itirirsə, demək o, bütün əmək qabiliyyətini itirir. O şəxslərə I qrup əlillik dərəcəsi verilməlidir: “Burada məqsəd daha az insana sosial müavinət vermək, daha az insana əlillik dərəcəsi verməkdir. Əslində nazirliyin məqsədi bu olmamalıdır. Qanunsuz əlilliyi təyin edən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu sənədlər çoxdan Baş Prokurorluğa göndərilməliydi”.

***

Milli Məclisin komitə sədri Musa Quliyev 200 minə yaxın insanın əlilliyinin ləğv edilməsi məsələsinə münasibət bildirib. O qeyd  edib ki, belə bir məsələ yoxdur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90