Emin Ağalarov koronavirusa yoluxdu

Emin Ağalarov koronavirusa yoluxdubackend

Müğənni Emin Ağalarov koronavirusa yoluxub və artıq sağalıb.

Busaat.az xəbər verir ki, o, bu barədə “Instagram”da canlı yayımda bildirib.

Müğənni xəstəliyi barədə təsadüfən öyrəndiyini bildirib: “İşə getmək istəyirdim, odekolon vurdum, qoxunu hiss etmədiyimi başa düşdüm. Sonra səhər yeməyinə getdim və bütün yeməklərin dadsız olduğunu anladım. Sonra test verdim və nəticə müsbət çıxdı”.

Karantində qaldığı müddətdə ilk dəfə özü ilə tanış olduğunu ifadə edib: “Evdən işləməli oldum. Karantində idim. Bu, mənim üçün yeni bir şey idi. İki həftə ərzində evdə tək qaldım. Halbuki həyatımda heç vaxt, bir dəqiqə olsun belə, tək qalmamışdım. Buna görə də 40 ildə ilk dəfə öz-özümlə görüşdüm və bu adamla tanışlıqdan təəccübləndim”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90