Epşteynin qurbanlarına milyonlarla dollar ödəniləcək

image-epsteynodenisbackend

Qalmaqallı milyarder Ceffri Epşteynə qarşı zorakılıq iddiası ilə çıxış edən qadınlara 35 milyon dollara qədər ödəniş ediləcək.

Busaat.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Sənədlərə əsasən, qurbanların sayı 40-dan çox olarsa, ödəniş 35 milyon dollar, az olarsa, 25 milyon dollar təşkil edəcək. Bu qərar Epşteyn qurbanlarının bütün iddialarını tam həll etməyə yönəlib.

Ödəniş isə Epşteynin mirasından maliyyələşdiriləcək. Mirasın həmicraçıları olan Epşteynin şəxsi vəkili Darren İndayk və mühasibi Riçard Kan milyarderin cinayətləri ilə əlaqəli olmadıqlarını iddia edirlər. Onların vəkili vurğulayıb ki, qadınlardan heç biri İndaykı və ya Kanı cinsi zorakılıqda və ya digər cinayətlərə şahidlikdə ittiham etməyib.

Qeyd edək ki, daha əvvəl Epşteyn Qurbanlarına Kompensasiya Proqramı çərçivəsində iki dəfə ödəniş həyata keçirilib. Belə ki, 136 iddiaçıya 121 milyon dollar, 59 qurban üçün isə əlavə 48 milyon dollar ödənilib.

ABŞ Ədliyyə Departamentinin cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və 2019-cu ildə həbsxanada ölü tapılmış milyarder Ceffri Epşteynin vəsiyyətnaməsini ölümündən iki gün əvvəl imzalayıb. “1953-cü il Trastı” adlanan sənəd 630 milyon dollarlıq sərvətin 43 nəfər arasında bölüşdürülməsini nəzərdə tutur. Ötən ayın sonlarında Ədliyyə Departamenti “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki